12px14px16px18px

İsfar Sarabski dünya şöhrətli caz ulduzları ilə bir səhnədə

07:22 / 21.04.2012
Azərbaycanlı cazmen İsfar Sarabski ilk dəfə keçiriləcək Beynəlxalq Caz Gününə dəvət alıb. APA-nın məlumatına görə, tədbirin açılışı aprelin 27-si UNESCO-nun mənzil qərargahında baş tutacaq. Əfsanəvi caz pianoçusu, UNESCO-nun xoşməramlı səfiri Xerbi Henkok Beynəlxalq Caz Gününün qeyd olunmasını konsert, master-klass və müzakirələrin seriyası ilə açacaq. Nüfuzlu tədbirdə Uinton Marsalis, Markus Miller, Barbara Hendriks kimi caz ulduzları ilə birlikdə Azərbaycanın əməkdar artisti, “Montre” Caz Festivalının qalibi İsfar Sarabski də iştirak edəcək. O, Beynəlxalq Caz Gününə həsr olunmuş qala konsertdə İqor Butman (saksofon), Terri Layn Karrinqton (baraban) və Ben Uilyams (bas) ilə çıxış edəcək.




Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar