12px14px16px18px

Böyük Moskva Sirki “Fantaziya”sı Qəbələdə

07:22 / 21.04.2012
Böyük Moskva Sirkinin kollektivi Qəbələ şəhərində “Fantaziya” adlı sirk günləri təşkil edib. APA-nın məlumatına görə Qəbələ rayon İcra Hakimiyyətinin dəvəti ilə rayona gələn sirk ustaları “Qafqaz Sport” otelinin qarşısında quraşdırılan səyyar sirk çadırında çıxış edirlər. Akrobatların, hava gimnastlarının, klounların çıxışı və başqa nömrələrin daxil olduğu proqramlar gün ərzində iki dəfə, saat 15:00 və 18:00-da nümayiş olunur.
Aprelin 23-dək davam edəcək və həftənin bütün günləri daxil olmaqla təşkil ediləcək proqrama tamaşa etmək üçün bir bilet 6 manata satılır. Üç yaşadək uşaqların sirkə girişi pulsuzdur. Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, artıq ikinci ildir ki, rayona dəvət edilən və maraqlı nömrələri ilə yerli tamaşaçıları əyləndirən Böyük Moskva Sirkinin afişaları Qəbələnin bütün yaşayış məntəqələrinə paylanıb. Sirkin tamaşalarını 10 minə yaxın rayon sakininin və turistlərin izləyəcəyi gözlənilir.





Bu yazı ( 153 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar