12px14px16px18px

“Bakı, mən səni sevirəm” kinolayihəsinin 1-ci sessiyasının çəkilişləri tamamlanıb

01:42 / 19.04.2012
“Bakı, mən səni sevirəm” kinolayihəsinin 1-ci sessiyasının çəkilişləri başa çatıb.
Layihənin mətbuat katibi Şahnaz Abdullayevanın APA-ya verdiyi məlumata görə, 1-ci sessiyada filmə daxil olan 10 kinonovelladan 5-i çəkilib. Novellaları rejissorlar Yeqor Konçalovski, Aleksey Qolubev, Nərgiz Bağırzadə, Samir Kərimoğlu və İlqar Safat çəkib.
Hər biri 9 dəqiqədən ibarət olan novellaların çəkilişlərinə 4 gün ayrılıb. Ayrılmış vaxt ərzində rejissorlar işlərinin öhdəsindən gəliblər. Filmdə yerli aktyor və aktrisalarla yanaşı, Rusiyanın, Litvanın və Belarusun məşhur ulduzları Aqnya Ditkovskite, Vadim Tsalati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya çəkiliblər.
Hazırda filmin 2-ci sessiyasının çəkilişlərinə hazırlıq proseslərinə başlanıb. Filmin prodüserlərindən biri Nadir Maçanov bildirib ki, çəkilişlər nəzərdə tutulmuş plan üzrə gedir.
Qeyd edək ki, “Bakı mən səni sevirəm” kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov və Aleksey Qolubevdir.



Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar