12px14px16px18px

Aşıq sənətinin davamçıları Heydər Əliyev Sarayına toplaşacaqlar

14:10 / 18.04.2012 Mayın 3-də Heydər Əliyev adına Sarayda aşıqların növbəti konserti olacaq. Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin Lent.az-a verdiyi xəbərə görə, konsert proqramı “Aşıq sənətinin davamçıları – II” adı altında keçiriləcək. Konsertdə əməkdar mədəniyyət işçisi Nemət Qasımli, Aşıq Zülfiyyə, “Nemət” aşıqlar qrupu, Altay Məmmədli, İlham Aslanbəyli, Dəmir Vəliyev, Qələndər Zeynalov, Vüqar Mahmudoğlu, Azər Fərmayıloğlu, Kəmalə Qubadlı, İbrahim Sadıxov, Gəncəli İmanov, Ramil Əfəndiyev, Günel Qurbanova, Nazim Bahadıroğlu, “Əziz” zurnaçılar qrupu, Elmir Sadıxov, Samir Pənahov iştirak edəcəklər. Həmçinin, Respublika aşıq müsabiqəsinin qalibləri – Elvin Mehmanlı, Nicat Qurbanov, Dilbər Əliyeva və Heydər Məqsədoğlu da çıxış edəcəklər. Konsert mayın 3-ü, saat 18:00- da başlanacaq. Biletlərin qiyməti 5-15 manatdır. Qeyd edək ki, “Aşıq sənətinin davamçıları” adı altında ilk konsert bu ilin fevral ayının 11-də keçirilib.


Bu yazı ( 41 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar