12px14px16px18px

Əbülfəs Qarayev Əskişəhər valisi və Krans Montana Forumunun prezidenti ilə görüşüb

14:07 / 18.04.2012
 Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Əskişəhər valisi Kadir Koçdəmirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə Əskişəhərin 2013-cü ildə “Türk Mədəniyyətinin Paytaxtı” seçilməsi ilə əlaqədar keçiriləcək tədbirlər, “Bakı – İslam Mədəniyyəti Paytaxtı-2009”la bağlı keçirilmiş tədbirlər və təcrübə barədə fikir mübadiləsi aparılıb. K. Koçdəmir Azərbaycanda 2009-cu ildə keçirilmiş tədbirlər barədə məlumatlı olduğunu və bu təcrübədən istifadə edərək Əskişəhərə də müəyyən təkliflər verilməsinin çox faydalı olacağını söyləyib. Ə. Qarayev Əskişəhəri bu əlamətdar hadisə ilə bağlı təbrik edərək bununla bağlı müvafiq təklif və tövsiyələrini təqdim ediləcəyini bildirib. O, tədbirlərin türk xalqlarının həmrəyliyi istiqamətində keçirilməsini, həmçinin daha çox xarici qonaqların dəvət edilməsini tövsiyə edib. Ə.Qarayev Krans Montana Forumunun prezidenti Jan Pol Karteronla da görüşüb. Görüşdə iyunun 28-dən iyulun 2-dək Bakıda keçiriləcək Krans Montana Forumu çərçivəsində müəyyən tədbirlərin təşkili, 2013-cü ilin may-iyun aylarında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində keçiriləcək tədbirlər barəsində fikir mübadiləsi aparılıb.


Bu yazı ( 40 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar