12px14px16px18px

Mərhum bəstəkar Elza İbrahimovanın yaradıcılığı fəxri mükafatla qiymətləndirilib

00:50 / 17.04.2012
“Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” beynəlxalq jurnalı Ağsaqqallar Şurasının qərarı ilə, görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimova vəfatından sonra “Mehriban ana” ordeninə layiq görülüb. Bu mükafat bəstəkara Azərbaycan musiqi mədəniyyətinə, Azərbaycanın və Dağıstanın qardaş xalqları arasındakı dostluq münasibətlərinin və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi əvəzsiz töhfələrə görə layiq bilinib. Böyük bəstəkarımız Qara Qarayevin sinfində təhsil alan Elza İbrahimova hələ tələbəlik illərindən özünü istedadı ilə tanıda bilib. Onun fortepiano və skripka üçün konsertləri, simfonik poema, oratoriya və operaları daim öz orijinallığı ilə diqqəti cəlb edib. E.İbrahimova müasir Azərbaycan musiqisində mahnı janrının inkişafına da əvəzsiz töhfələr verib. Onun müxtəlif illərdə bəstələdiyi və korifey sənətkarlarımızın repertuarında xüsusi yer tutan mahnıları müəllifinə daim şöhrət gətirib. Elza İbrahimovanın musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətləri həmişə yüksək qiymətləndirilib. Hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə qoymuş Elza İbrahimova Azərbaycan musiqisi yaşadıqca yaşayacaq.
GÜNEL



Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar