12px14px16px18px

Vatikanın məxfi arxivindən gətirilən sənədlər tədqiqatçıların ixtiyarına verilib

03:47 / 14.04.2012
Vatikanın məxfi arxivindən gətirilən sənədlər tədqiqatçılar üçün açıq elan edilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli məlumat verib. Onun sözlərinə görə, artıq Vatikandan gətirilən sənədlərin bir nüsxəsi Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Bu sənədlərlə işləmək bacarığı olan hər bir mütəxəssis Vatikandan gətirilən sənədləri tədqiq edə bilər.
F.Ələkbərli bildirib ki, Vatikanın məxfi arxivindən sənədlər Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında gətirilib: “Vatikana ezamiyyənin xərcini qismən nazirlik ödəyib. Bu sənədlərin sonrakı taleyini də AMEA Rəyasət Heyəti ilə razılaşdırılmış şəkildə nazirlik həll edəcək. Hazırda latın dilindən olan məktublar tərcümə edilir. Bu məktubları latın dilini bilən bir mütəxəssis könüllü şəkildə tərcümə edir. Lakin bütün sənədlərin tərcüməsi Vatikandan gətirilən sənədlərlə bağlı komissiya yaradıldıqdan sonra sistemli şəkildə həyata keçirilməlidir. Komissiya qədim dilləri bilən mütəxəssislər tapmalı və bu sənədlər onlar arasında bölünməlidir. Sənədlərin arasında monqol dilində olan sənədlər də var. Lakin Azərbaycanda bu dili bilən mütəxəssis yoxdur. Yəqin ki, həmin mütəxəssisi xaricdən gətirmək lazım gələcək”.





Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar