12px14px16px18px

Niyazinin mənzil-muzeyində skripka musiqisi axşamı

03:43 / 14.04.2012 Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqi Həvəskarları Klubunun növbəti tədbiri – skripka musiqisi axşamı keçirilib. Muzeyin nəzdində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Musiqi Alətləri Dövlət Kolleksiyasından skripka musiqi alətlərinin təqdim olunduğu gecədə muzeyin direktoru Alla Bayramova tədbir haqqında məlumat vermişdir. O, kolleksiyanın simli alətlərdən ibarət olduğunu bildirib. Klassik Musiqi Həvəskarları Klubu üzvlərinin, Bakı Musiqi Akademiyası müəllimləri və tələbələrinin, muzeyin əməkdaşlarının iştirak etdikləri tədbirdə Tofiq Quliyev adına 12 nömrəli, Qara Qarayev adına 8 nömrəli və 21 nömrəli onbirillik musiqi məktəblərinin istedadlı şagirdləri və Azərbaycan Dövlət fortepiano triosu konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Dövlət fortepiano triosunun və istedadlı şagirdlərin kolleksiyadan təqdim olunan skripka musiqi alətində ifaları maraqla qarşılanıb.
GÜNEL



Bu yazı ( 38 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar