12px14px16px18px

Elçin Hüseynbəyli “Yolayrıcında qaçış”ı sumqayıtlılar üçün imzalayıb

04:05 / 10.04.2012
Aprelin 7-də Sumqayıt Dövlət Tarix Muzeyində yazıçı Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanının imza günü keçirilib. Tədbirdə Sumqayıt ədəbiyyatsevərləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Əli Kərim adına poeziya klubunun direktoru, şair İbrahim İlyaslı imza gününün şəhər ictimaiyyəti üçün əlamətdar olduğunu deyib. O, yazıçı həmkarını 90-ların parlaq nümayəndəsi kimi dəyərləndirib və belə bir görüşün sumqayıtlılar üçün qürurverici olduğunu bildirib.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli yazıçının yaradıcılığına qısa ekskurs edib və onu yeni dövrün yazarı adlandırıb.
Tədbirdə əməkdar müəllim, şairə Ofelya Babayeva, QHT Şurasının prezidenti, şair Rauf Zeyni, yazıçı Əyyub Qiyas çıxış edərək, imza gününü sumqayıtlılar üçün əhəmiyyətli hadisə kimi qiymətləndiriblər.
Sonda görüş iştirakçıları muzeyi gəzib, eksponatlarla tanış olublar.





Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar