12px14px16px18px

Yaşar Nurinin səhhətində müsbət dəyişiklik var

12:12 / 07.04.2012
Yaşar Nurinin qızı Ülkər Nuriyevanın Lent.az-a verdiyi xəbərə görə, Xalq artistinin vəziyyəti müsbətə doğru dəyişir: “Atamın yanından dünən qayıtmışam. Artıq onun səhhəti müsbətə doğru dəyişir. Həkimlər də onun əvvəlkinə nisbətən daha da yaxşılaşdığını təsdiqlədilər. Biz yenə də möcüzə gözləyirik. Onun tezliklə sağalmasını istəyirik”.
Ülkər Nuriyeva bildirib ki, Yaşar Nuri yenidən səhnəyə çıxmaq arzusunda olduğunu deyib: “Atam dedi ki, bircə arzum var, tezliklə sağalıb səhnəyə qayıtmaq. Deyir ki, məni yaşadan xalqın məhəbbəti, sevgisidir. Biləndə ki hamı onun səhhəti ilə çox maraqlanır , o, buna çox sevinir”
Sənətkarın qızı onu da əlavə edib ki, hazırda Xalq artistinə həyat yoldaşı Rəhimə xanım qulluq edir: “Anam səhərdən axşamacan atamın yanındadır. Atam gözlərini açan kimi Rəhimə xanımı axtarır və gözündən bir saniyə də kənara buraxmır”.





Bu yazı ( 186 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar