12px14px16px18px

Parisdə “Bakıya uçuş” sərgisi təşkil olunacaq

12:06 / 06.04.2012
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Parisdə “Bakıya uçuş” adlı sərginin açılışı nəzərdə tutulur. Bu barədə verilən məlumatda bildirilir ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən səyyar sərgini Şərqlə Qərb mədəniyyətinin qovşağından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi qiymətləndirmək olar.
Sərginin ilk təqdimatı ilin əvvəlində Londonda – dünyanın ən böyük art auksionu sayılan Phillips de Pury and Company qalereyasında olub. Müxtəlif beynəlxalq sərgilərin təşkilatçısı kimi tanınan Nerve Mikaeloffun kuratorluq etdiyi növbəti sərgi Parisdə – Salomon de Rotşild malikanəsində keçiriləcək.
“Bakıya uçuş” sərgisi qədim və ənənələrlə zəngin Azərbaycanın müasir incəsənətini əhatə edən maraqlı konsepsiya əsasında hazırlanıb. Bakının özünəxas simasını və sürətlə inkişaf edən müasir Azərbaycanı təqdim etmək üçün müxtəlif nəsildən olan yaradıcı insanların – Ağa Hüseynov, Aida Mahmudova, Əli Həsənov, Altay Sadıxzadə, Elyar Əlimirzəyev, Ənvər Əsgərov, Faiq Əhməd, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Hüseyn Haqverdi, İrina Eldarova, Leyla Əliyeva, Məmməd Mustafayev, Məlik Ağamalov, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Orxan Hüseynov, Rəşad Ələkbərov, Rəşad Babayev, Sənan Ələsgərov və Törə Ağabəyovanın əsərləri seçilib.
Təqdim olunan rəssamlıq, qrafika, heykəltəraşlıq, installasiya, video-art, foto performanslarının müəllifləri əsərlərində Azərbaycanın müasir viziual incəsənətinin dərin qatlarını və müxtəlifliyini açmaqla yanaşı, çoxşaxəli mədəni məkanda öz parlaqlığını qorumaq imkanını da nümayiş etdirir.
GÜNEL




Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar