12px14px16px18px

“Qız qalası”nda türkiyəli karikaturaçının sərgisi açılacaq

12:05 / 06.04.2012
Bakıdakı “Qız qalası” Qalereyasında Türkiyənin tanınmış karikaturaçı rəssamı Kadri Doğruerin əsərlərindən ibarət sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərginin keçirilməsində məqsəd Azərbaycanla Türkiyə arasında incəsənət sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi, tanınmış türk rəssamının yaradıcılığının Azərbaycanda tanıdılmasından ibarətdir. Sərgi aprelin 10-dan 20-nə kimi davam edəcək.
Kadri Doğruerin ilk karikatura işi 1977-ci ildə “Çarşaf” yumoristik jurnalında nəşr olunub. Daha sonra karikaturaları “Çarşaf”, “Çivi”, “Gırgır”, “Karikatura” və “Diyojen” jurnallarında, “Hürriyet” və “Tercuman” qəzetlərində dərc edilib.
GÜNEL




Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar