12px14px16px18px

Azərbaycan alimi Aşqabaddakı beynəlxalq elmi konfransda məruzə edib

13:47 / 05.04.2012
Bu günlərdə Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində Türkmənistan Elmlər Akademiyası tərəfindən təşkil olunmuş “Türkmənistanın orta əsr şəhərləri Avrasiya sivilizasiya sistemində” adlı beynəlxalq elmi konfrans keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya Şöbəsindən verilən məlumata görə, dünyanın 60 müxtəlif ölkəsindən qonaqlar dəvət olunmuş tədbirdə bölmənin İnsəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev də iştirak edib.
Beş bölmədə keçirilmiş beynəlxalq tədbirdə həmyerlimizin “Mühəmməd Salihin “Şeybaninamə” əsəri XVI əsr türkmən şəhərləri haqqında qiymətli mənbə kimi” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Elm adamlarının, xarici ölkə nümayəndələrinin iştirakı ilə üç gün davam edən elmi konfransda AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Türkmənistanın orta əsr şəhərləri tarixinin mənbələri və tarixşünaslığı” adlı II bölməyə rəhbərlik edib.






Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar