12px14px16px18px

Mirzə Fətəlinin 200 illiyinə həsr olunan Xalq Teatrları Festivalı keçiriləcək

11:04 / 31.03.2012
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Xalq Teatrları Festivalı aprelin 2-də başlayacaq. İdarənin nəzdində fəaliyyət göstərən 16 Mədəniyyət evinin Xalq teatrları M.F.Axundzadənin əsərləri (“Hekayəti-xırsi-quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hekayəti-müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur”, “Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Mürafiə vəkillərinin hekayəti”) əsasında hazırlanmış tamaşaları festivala təqdim ediblər.
Qeyd edək ki, M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalının qaliblərinin mükafatlandırma mərasimi aprelin 9-da, saat 16.00-da, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Mükafatlandırma mərasimində festivalda qalib gələn tamaşa Milli Dram Teatrının səhnəsində oynanılacaq.
GÜNEL





Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar