12px14px16px18px

Lənkəranın “Nənələr” ansamblı “Eurovision”da Azərbaycanı təmsil etmək istəyir

08:10 / 29.03.2012
“Eşitmişik ki, Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə vəsiqə qazanmış Rusiyanın “Buranovsiye babuşki” ansamblı bizimlə yarışmaq arzusundadır.
Biz məmnuniyyətlə rusiyalı həmkarlarımızla görüşüb hünərimizi onlara göstərməyə hazırıq”. Bu fikirləri APA-nın Cənub bürosuna Lənkəran rayonunun Separadi kənd Mədəniyyət Evi nəzdində fəaliyyət göstərən “Nənələr” folklor və rəqs ansamblının ən cavan üzvü Şərəf Məmmədova bildirib. Ansamblın ən yaşlı üzvü, 76 yaşlı üzvü Xanbibi Əzimova isə kollektivin “Eurovision-2013” mahnı müsabiqəsinə qatılmaqda iddialı olduğunu dilə gətirib: “Tərif kimi çıxmasın, bizi nəinki Azərbaycanda, eləcə də Türkiyədə, İranda və digər ölkələrdə heç də pis tanımırlar. Belə olan təqdirdə nə uçun məharətimizi dünya səviyyəli müsabiqələrdə, sənət yarışmalarında nümayiş etdirməyək? Sağlıq olsun, gələn il hökmən “Eurovision” mahnı müsabiqəsində nəyə qadir olduğumuzu ortaya qoyacağıq”.
42 illik sənət fəaliyyətinə malik olan ansamblın altı üzvü var – Qızbəs Əhədova (o, həm də ansamblın rəhbəridir), Xanımbacı Quliyeva, Xanbibi Əzimova, Gulçöhrə Məmmədova, Gulbəzək Kərimova və Şərəf Məmmədova. Ansambl üzvlərinin ən yaşlısının 76, ən cavanının 52 yaşı var. “Nənələr” ansamblının repertuarında “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Kinəlim-kinəlim”, “Almanı alma, gəlin”, “Yar bağa gəldi”, “Bulaq başında”, “Gəlin”, “Maralı göndər bizə”, “Yar-yar”, “Can gülüm”, “Büllbüllər oxuyur” kimi Azərbaycan və talış dillərində 70-dən çox el mahnıları və bayatılar var.





Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar