12px14px16px18px

Azərbaycanlı ifaçı Frankfurtu fəth etdi

08:08 / 29.03.2012
Almaniyanın Frankfurt-Mayn şəhərinin Motsart adına Qədim opera konsert salonunda Almaniyanın musiqi kolleclərində, habelə onların xarici ölkələrdəki tərəfdaş universitetlərində təhsil alan və 20 min avroluq mükafat fondu olan nüfuzlu Alman fortepiano mükafatı (Deutscher Pianistenpreis) müsabiqəsinin finalçıları olan səkkiz ən istedadlı pianoçu tələbənin çıxışı olub. Gecə Frankfurtun Beynəlxalq fortepiano forumu tərəfindən təşkil edilib, onun sponsorları sırasında Avropa-Azərbaycan Cəmiyyəti və ARDNŞ də yer alıb.
Frankfurtun meri Petra Rot giriş nitqi ilə qonaqlara müraciət edib.
Sonra nüfuzlu beynəlxalq münsiflər heyəti və qonaqlar qarşısında Azərbaycandan, Gürcüstandan, Rusiyadan, Koreya Respublikasından və Ukraynadan olan müsabiqə iştirakçıları çıxış ediblər. Auditoriya 17 yaşlı azərbaycanlı müsabiqə iştirakçısı, Bülbül adına musiqi məktəbinin və Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının məzunu, Şopenin fa diez minor polonezini ifa etmiş Toğrul Hüseynlinin çıxışını gurultulu alqışlarla qarşılayıb. Hazırda Toğrul Köln musiqi məktəbində Culiard məktəbinin (Nyu-York) məzunu, professor Nina Tixmanın yanında təhsil alır.
“Alman fortepiano mükafatı” müsabiqəsinə qədər Hüseynli Tbilisi, Minsk və Qəbələdə keçirilmiş müsabiqələrdə uğurla çıxış edib.
GÜNEL



Bu yazı ( 62 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar