12px14px16px18px

Tiflisdə III Beynəlxalq olimpiada keçirilib

14:16 / 28.03.2012
Olimpiada qalib iştirakçıların böyük konserti ilə başa çatıb. Olimpiadada Azərbaycanı Bakının “Nero” rəqs qrupu təmsil edib. Rəqs qrupumuz “Strit Dans Şou” nominasiyasında birinci yeri tutub. Azərbaycanlıların Marneulidəki mədəniyyət mərkəzinin nəzdindəki “Sarvan” folklor rəqs qrupunun da olimpiadadakı çıxışı uğurlu olub. “Sarvan” folklor rəqs qrupu xalq rəqsləri nominasiyasında 1-ci yer tutub. Azərbaycandan olan artist Tahir Eynullayevin ifa etdiyi “Məzəli”, “Nero” rəqs qrupunun “Sarı gəlin” rəqsi əsasında hazırlanmış “Emporio” kompozisiyası, “Sarvan” folklor rəqs qrupunun ifa etdiyi Azərbaycan və gürcü rəqsləri tamaşaçıları heyran edib. “Sarvan” folklor rəqs qrupunun bədii rəhbəri Cəmilə Məmmədova isə kollektivin beşinci ildir ki, bu cür yarışlarda azərbaycanlıları şərəflə təmsil etdiyini və Gürcüstanda rəqs üzrə keçirilən hər üç olimpiadada qələbə qazandığını bildirib. C.Məmmədova qeyd etmişdir ki, “Sarvan” bu olimpiadada “Yallı” rəqsinə görə birinci, “Tərəkəmə” rəqsinə görə isə ikinci yerə layiq görülüb. Gürcüstanın Müasir və Klassik Rəqslər Federasiyasının prezidenti Valentina Kuzmidi rəqs üzrə III Beynəlxalq olimpiadanın Gürcüstanda üçüncü dəfədir ki, keçirildiyini bildirib. GÜNEL


Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar