12px14px16px18px

“Reklam mədəniyyəti-reallıq və perspektivlər”

14:16 / 28.03.2012
Martın 29-30-da Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Reklamçılar İttifaqı ilə birlikdə “Reklam mədəniyyəti-reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı Beynəlxalq elmi-praktiki konfrans keçirəcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, konfransda milli reklamçılıq sahəsində mövcud vəziyyətin öyrənilməsi, dünya təcrübəsinə baxış, reklam dizaynı və marketinq, müasir tələblərə cavab verən reklam mədəniyyətinə sahib olmaq imkanları, habelə mədəniyyət və turizm sahələrinin reklam təminatı kimi məsələlərin müzakirəsi nəzərdə tutulub. Konfransda azərbaycanlı reklam mütəxəssisləri ilə yanaşı, Türkiyə, İngiltərə, İsveç, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, İran, Rusiya, Ukrayna, Özbəkistan, Gürcüstan və digər ölkələrin reklam sahəsində böyük təcrübəyə malik, görkəmli alim və mütəxəssislərinin iştirakı gözlənilir. GÜNEL


Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar