12px14px16px18px

Əli Əmirlinin “Varlı qadın”ı

14:15 / 28.03.2012
Özbəkistanda Özbəkistanın “Uzinform” informasiya agentliyinin verdiyi xəbərə görə Fərqanə vilayətində fəaliyyət göstərən Fərqanə Musiqili Dram və Komediya Teatrında tanınmış Azərbaycan dramaturqu Əli Əmirlinin “Varlı qadın” komediyası üzərində tamamlama işləri gedir. Tamaşada baş rollardan birinin ifaçısı, teatrın baş rejissoru, Özbəkistanın Xalq artisti, dövlət mükafatları laureatı Məhəmmədsoli Yusupovun dediyinə görə, Novruz bayramından sonra yeni səhnə əsərinin premyerası olacaq. Yeni tamaşada Fərqanə teatrının istedadlı aktyorları Məlahət Tairova, Kamilə Vəliyeva, Ədhəm Kirgizbayev, Akmal Mirzəyev və başqaları çıxış edəcəklər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirmişlər ki, Əli Əmirlinin bu məşhur komediyası ölkəmizin bütün əsas teatrlarında, həmçinin bir sıra xarici ölkə teatrlarında, o cümlədən Tacikistanın iki teatrında rus və tacik, Qırğızıstanın Bişkek şəhər teatrında rus və qırğız, Qazaxıstanın iki teatrında rus və qazax dillərində tamaşaya qoyulub. Ötən ilin mart ayında isə “Varlı qadın” Mahaçqalada Kumık Dövlət Musiqili Dram Teatrında kumık dilində səhnələşdirilib. GÜNEL


Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar