12px14px16px18px

“Azərbaycan”ın növbəti sayı

00:05 / 19.03.2012
“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın “Nəsr” bölməsinə Mübariz Cəfərlinin “Bənna” romanı, Kamil Əfsəroğlunun “Sevgilim”, “Tüfəng açıldı” və Zemfira Məhərrəmlinin “Oyuncaq” hekayəsi daxil edilib. “Poeziya” səhifələrində Əlizadə Nurinin, Zirəddin Qafarlının, Mahcamalın, Fuad Vəliyevin, Gülbala Mehdinin, Şövkət Zərinin və Sara Selcanın şeirləri yer alıb. Tənqidçi Vaqif Yusiflinin “Məmməd Səid Ordubadi” başlıqlı məqaləsi M.S. Ordubadinin 140 illik yubileyinə həsr olunub. Yazıda M.S. Ordubadinin həyatı, ədəbi mühiti haqqında məlumat verilib, onun əsərləri təhlil edilib. Toplunun “Cənubdan səslər” bölməsində gənc şair Siman Aruzun şeirləri verilib. Uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən Zahid Xəlilin anadan olmasının 70 illik yubileyi münasibəti ilə Sudabə Ağabalayevanın qələmə aldığı “İşıqla doldrun ürəyinizi” məqaləsi jurnalda öz əksini tapıb. Bundan başqa, dərgidə Zahid Xəlilin “Çınqı” nağılı da çap olunub. Tənqid və ədəbiyyatşünaslıq guşəsində Aslan Salmansoyun “Səməd Vurğunun “Azərbaycan” epopeyası, yaxud “qırmızı üzlü albom”un tarixçəsi, Bədirxan Əhmədovun “ədəbiyyat və repressiya; xarakteri, genezisi və yanaşma meyilləri” başlıqlı məqalələri, “Söz xəzinəmizdən” adlı guşədə isə Paşa Əlioğlunun “Əlyazmalar İnstitutunun yeni nəşrləri” oxuculara təqdim edilib. Nəşrin son səhifəsində yer alan “Kitab rəfi”ndə yeni nəşr olunmuş kitabların qısa xülasəsi verilib. GÜNEL


Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar