12px14px16px18px

Yeni “Ulduz”da nələr var...

00:04 / 19.03.2012
 “Ulduz” ədəbi-bədii jurnalının növbəti sayında Həyat Şəminin, Rafiq Yusifoğlunun, Xəlil Cübranın, Kəmaləddin Qədimin, Səyyarə Məmmədlinin, Kəmalənin, Ağacəfər Həsənlinin, Eldar İsmayılın, Sevinc Yunuslunun, Ramin Mərzilinin, Şövkət Zərinin, Xalid Mahmudun, Elsevər Məsimin şeirləri var. Novruz Nəcəfoğlunun qələmə aldığı “Mələk kimi uçub getdi” və “Ayrılıq günü” hekayələri bu sayda dərc edilib. Gənc yazar Pərvinin Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet” in baş redaktoru Rəşad Məcidlə Xalq yazıçısı Anar haqqında apardığı maraqlı söhbət jurnalın səhifələrində öz əksini tapıb. Etibar Etibarlının qələmə aldığı “Bir hekayə haqqında bir hekayəlik söz” başlıqlı məqaləsi Hicran Hüseynovanın 2011-ci ildə “Ulduz” jurnalında dərc edilmiş “Qaçqınçılıq” hekayəsi haqqındadır. Kamil Əfsəroğlunun qələmə aldığı “106 nömrəli avtobus”, Şükufənin “Şəkil” hekayəsi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Günay Qarayevanın “Unudulmuş qəhrəman sorağında” məqaləsi, Fərqanə Mehdiyevanın şair Musa Yaqubla apardığı müsahibəsi də jurnala daxil edilib. Ziyəddin Məhərrəmovun “Kökə bağlılığı yaşadan söz ustadı” başlıqlı yazısında müəllif ustad sənətkar Sərraf Şiruyədən söhbət açıb. S.Şiruyənin həyat və yaradıcılığına qısa nəzər salan Z.Məhərrəmov sənətkarla ilk tanışlıq xatirələrini qələmə alıb. Ənvər Əhmədin “Dərdini içində dağ edən şair” başlıqlı məqaləsi şair Eldar İsmayıla həsr olunub. İstedadlı şairin keşməkeşli həyat yolunu işıqlandıran müəllif onun vətənpərvərlik ruhunda yazdığı şeirlərin qılıncdan kəsərli olduğunu vurğulayıb. Yazıçı Hicran Hüseynovanın “Duyğuların kölgəsində” başlıqlı yazısında şairə Şövkət Zərinin yaradıcılığı xarakterizə edilib. Rusiyalı yazıçı Yelena Sazanoviçin “Biz sevməyəndə” novellası da jurnalda yer alan maraqlı yazılardandır. GÜNEL


Bu yazı ( 171 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar