12px14px16px18px

Çingiz Abdullayev “Əfsanəyə çevrilmə haqqı”nı təqdim edib

00:19 / 06.03.2012
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin Ukrayna prezidenti Viktor Yanukoviç haqqında yazdığı “Əfsanəyə çevrilmə haqqı” kitabının Azərbaycan dilinə tərcümə olunan nəşrinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabın redaktoru Qulu Ağsəs nəşrin müəllifinin, o cümlədən kitabın Azərbaycan və Ukrayna dillərinə tərcümə edilməsində əməyi olan Burzu Əliyevin fəaliyyəti haqqında danışıb. Q.Ağsəs kitabın Ukrayna dilində nəşrinin də təqdimatının keçiriləcəyini söyləyib. Kitabı Azərbaycan dilinə tərcümə edən İlqar Fəhmi detektiv janrın xarakteri və Ç.Abdullayevin fərqli dəsti-xətti barədə danışıb. Millət vəkilləri Aqil Abbas, Sahib Alıyev kitabın nəşrini təqdirəlayiq hadisə kimi dəyərləndirərək, nəşrin Azərbaycan və Ukrayna dillərinə tərcüməsində xüsusi rolu olan Burzu Əliyevin fəaliyyəti barədə müsbət fikirlər söyləyiblər. Kitabın müəllifi Çingiz Abdullayev bildirib ki, onun kitabları dünyada 20 milyondan artıq tirajla nəşr olunub: “Bu kitablar 28 dilə tərcümə edilib. Fikrimcə, əsərin hansı dildə yazılması əsas deyil, kitabdakı süjet xəttinin maraqlı olması vacibdir. Amma əsərlərin xarici dillərə nəşr olunması zəruridir. Yazıçı dünyanın tələbatını nəzərə almalıdır. Viktor Yanukoviçin həyatı haqqında məlumat alanda, mənə çox maraqlı gəldi. Fəxr edirəm ki, azərbaycanlı yazıçı Ukrayna prezidenti haqqında əsərin müəllifidir”.


Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar