12px14px16px18px

“Qara Qarayevin həyat və yaradıcılığında ədəbiyyat” mövzusunda məruzə dinlənilib

13:50 / 02.03.2012
Ötən gün Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş tədbir keçirilib. Tədbirdə muzeyin direktoru, sənətşünaslıq namizədi Alla Bayramovanın “Qara Qarayevin həyat və yaradıcılığında ədəbiyyat” mövzusunda məruzəsi dinlənilib. Mərasimdə bəstəkarın ədəbiyyata marağının onun boya-başa çatdığı mühitdən qaynaqlandığı bildirilib və bəstəkarın ölməz Nizaminin yaradıcılığına dəfələrlə müraciət edərək qiymətli əsərlər yaratdığı vurğulanıb. Məruzəçi, bəstəkarın dahi rus şairi A.S.Puşkinin əsərlərinə müraciət etməsi haqqında da məlumat verib. Çıxış slayd-şou ilə müşayiət olunub.
Tədbirdə Qara Qarayevin ədəbi əsərlər əsasında yaratdığı sənət nümunələrindən parçalar Musiqili Komediya Teatrının solistləri Nərgiz Kərimovanın, Firuz Məmmədovun, Opera və Balet Teatrının solisti Elnur Qurbanovun, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin ifasında səsləndirilib.
GÜNEL



Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar