12px14px16px18px

Azərbaycan sənətçiləri Moldovada keçirilən “Mertsişor-2012” festivalında

13:41 / 02.03.2012
Martın 1-dən Moldovanın paytaxtı Kişinyovda “Mertsişor-2012” Beynəlxalq Musiqi Festivalı başlayıb. Bir çox ölkələrdən tanınmış musiqi kollektivləri və ayrı-ayrı solistlər festivalda çıxış edəcəklər. 46-cı dəfə keçiriləcək bu festivalda Akademik Opera və Balet Teatrının gənc vokalçılarının da çıxışı gözlənilir. Festivalda xanəndə Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov, kamançaçı Fəxrəddin Dadaşov, İlahə Əfəndiyeva, Çinarə Şirin, Afaq Abbasova və konsertmeyster Roza Məmmədova da qatılacaq.
Festivalın builki iştirakçıları martın 1-də açılış konsertində, martın 2-də Moldova Dövlət Filarmoniyasında, martın 3-də isə Qaqauz elinin mərkəzi Kamrad şəhərində çıxış edəcəklər.
Azərbaycanlı ifaçılar bu festivalda 2011-ci ildən iştirak edirlər. Ötən il keçirilən 45-ci festivala Azərbaycan adından xalq artisti tarzən Ramiz Quliyev və dirijor Əyyub Quliyev qatılıblar.
GÜNEL




Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar