12px14px16px18px

Bakıda “Fransa incəsənəti” sərgisi açılacaq

13:41 / 02.03.2012
Azərbaycan Milli İncəsənət Muzeyində “Fransa incəsənəti” sərgisi keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm İdarəsinin məlumatında deyilir. Martın 10-dan mayın 6-dək davam edəcək sərgidə Luvr, Deorsey, Versal, Pompida, Marsel, Lionda yerləşən məşhur dünya muzeylərindən işlər nümayiş olunacaq. Sərgiyə gələnlər Edqar Deq, Roden, Anri Matiss, Anri Tuluz Rotrek, Jan Simeon Şardin, Ejen Delakrua, Rene Lalik, Ogüst Renua və başqalarının əsərlərini görə biləcəklər.
Ekspozisiya 17, 18, 19-cu əsrlər və müasir dövr üzrə bölmələrə ayrılacaq. Hər zalın rəngi mərhələdən asılı olaraq inqilabi qırmızı, yaşıl Napoleon rənglərə boyanacaq. Hər dövrün, hər zalın özünəməxsus musiqisi olacaq. Məqsəd iştirakçılara əsl fransız incəsənətini, ruhunu hiss etdirməkdən ibarətdir.
HÜSNİYYƏ



Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar