12px14px16px18px

HOST 5 yaşını yubiley konsertilə qeyd edəcək

10:47 / 29.02.2012
Martın 4-də Bakı Dəniz Vağzalında HOST qrupunun 5 illiyilə bağlı yubiley konserti keçiriləcək. Beş il ərzində hip-hop musiqisi ilə gənclərin sevimlisinə çevrilən HOST-çular “Beşikdən Məzara” adlı hesabat konsertində dinləyicilərini təəccübləndirəcəyini açıqlayıblar. Konsert həmçinin yeni albomdan mahnıların və bir neçə yeni klipin təqdimatı ilə yadda qalacaq.
Qrup öz sərt lirikası və fəlsəfi mahnıları ilə Azərbaycan gənclərinin diqqətini cəlb edib, digər bayağı üslublu müğənni və ifaçılardan fərqlənməyi bacarıb. HOST-un tanınmış olması və bu qədər gənci ətrafında toplamasında İnternetin və dinləyicilərin rolu böyükdür. İndiyə kimi heç bir radio və efirdə davamlı yayımlanmayan qrup öz istedadı və gənclərin dəstəyi ilə küçədə pulsuz disk paylamaqdan irimiqyaslı böyük konsertlərə kimi irəliləyib. Layihənin baş sponsoru Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkətinin təqdim etdiyi “CINeration” mobil rabitə paketidir. Bu konsertə dəstək olmaqla “Bakcell” hər zaman gənclərin yanında olduğunu bir daha göstərmiş olur.
Qeyd edək ki, konsertdə 2500-dən çox gəncin iştirak edəcəyi gözlənilir.




Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar