12px14px16px18px

İsveçin “Metro” qəzetində ölkəmiz haqqında məqalə dərc edilib

10:46 / 29.02.2012
İsveçin həftəlik “Metro” qəzetində bu ölkədə fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin sədri Səttar Sevginin ölkəmiz haqqında “Buna görə sən Bakıya getməlisən” adlı məqaləsi dərc edilib. Məqalə Azərbaycanın “Eurovision-2012” müsabiqəsində təşkil edəcəyi möhtəşəm şounun şahidi olmaq istəyənlər üçün bələdçi rolunu oynayacaq.
Müəllif məqalədə Azərbaycanın qədim və orta əsr abidələrini, binaları, muzeyləri təqdim edir, Bakının mərkəzində Xəzər dənizi sahili boyunca uzanan bulvarda gəzməyi məsləhət görür.
Məqalədə həmçinin qeyd edilir ki, şəhər may ayında keçiriləcək mahnı müsabiqəsinə böyük həvəslə hazırlaşır.
Cəmiyyətin başçısı yazır ki, Azərbaycan tez-tez istər milli, istərsə də beynəlxalq səviyyələrdə musiqi festivalları təşkil edib. Şəhər sakinləri öz qonaqpərvərlikləri ilə şöhrət qazanıblar.
GÜNEL




Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar