12px14px16px18px

Naxçıvanda Kür-Araz mədəniyyətinə aid qiymətli faktlar aşkarlanıb

10:46 / 29.02.2012
AMEA Naxçıvan Bölməsinin Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi ilə birlikdə Şərur rayonunun ərazisində yerləşən Ovçulartəpəsi yaşayış yerində apardığı araşdırmalar yeni nəticələr verib. Qeyd edək ki, Ovçulartəpəsində 2006-cı ildən başlayaraq elmi-tədqiqat işləri aparılır və sözügedən abidənin tədqiqatı zamanı Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı hər il yeni faktlar əldə edilir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə 2006-2011-ci illərdə Ovçulartəpəsində aparılan araşdırmalarda Ubeyd mədəniyyəti və Proto-Kür-Araz mədəniyyətinə aid keramika məmulatları aşkar olunub. Aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən mühüm tapıntılardan biri Kür-Araz mədəniyyətinin erkən mərhələsinə aid maddi-mədəniyyət nümunələridir ki, bu tapıntılarlada bağlı bu günlərdə yeni nəticələr əldə edilib. Belə ki, tədqiqatların nəticələri, o cümlədən İtaliyanın Del Salento Universitetinin laboratoriyasında Ovçulartəpəsindən tapılan ağac kömrünün radiokarbon analizi Naxçıvanda Kür-Araz mədəniyyətinin eradan əvvəl V minilliyin sonundan başlandığını təsdiqləyir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin məlumatına əsasən, bu, Cənubi Qafqazda Kür-Araz mədəniyyətinin tarixi ilə bağlı ilk faktdır və bu fakt Naxçıvanın və Azərbaycanın Araz boyu ərazisinin Kür-Araz mədəniyyətinin mərkəzi olduğunu təsdiq edir.





Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar