12px14px16px18px

Gənc Tamaşaçılar Teatrında “Aydın”a ictimai baxış olub

01:03 / 27.10.2009
 
     Dünən Dövlət Gənc Tamaşaçılar Teatrında Cəfər Cabbarlının “Aydın” pyesinin motivləri əsasında səhnələşdirilmiş eyniadlı ikihissəli tamaşaya ictimai baxış keçirilib. APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada baş rolları əməkdar artist Nofəl Vəliyev və istedadlı aktrisa Simuzər Ağakişiyeva ifa edirlər. Səhnə əsərində Rəşad Səfərov, Elşən Rüstəmov, Nübar Novruzova, Elşən Haçıbabayev, Ədalət Əbdülsəmədov və digər aktyorlar da rol alıblar.
 



Bu yazı ( 344 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar