Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
01:39 / 17.05.2012
Ermənistanın sabiq prezidenti, “Erməni Ümummilli Konqresi” müxalifət alyansının lideri Levon Ter-Petrosyan deputat mandatından rəsmi şəkildə imtina edib. APA-nın məlumatına görə, o artıq imtina ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bir müddət əvvəl müxalifətin mitinqində çıxış edən Ter-Petrosyan bildirib ki, rəhbərlik etdiyi alyans parlamentdə çoxluğa sahib olsaydı, o deputat mandatından imtina etməzdi. Parlamentdə “Erməni Ümummilli Konqresi” alyansına sabiq baş nazir Qrant Baqratyan rəhbərlik edəcək. Eks-prezident mandatdan imtina etsə də, siyasətdən getməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, mayın 8-də keçirilmiş parlament seçkilərində “Erməni Ümummilli Konqresi” cəmi 7 mandat qazanıb. Alyans nəticələrlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini açıqlasa da, Ter-Petrosyandan fərqli olaraq “Erməni Ümummilli Konqresi” digər millət vəkilləri mandatdan imtina etməyiblər.
Bu yazı ( 80 ) - dəfə oxunmuşdur