12px14px16px18px

Rusiyada azərbaycanlı məktəbli qız oğurlanıb

00:15 / 12.04.2012
İrkutskda 7-ci sinif şagirdi olan azərbaycanlı məktəbli qız naməlum şəxslər tərəfindən oğurlanıb. APA-nın məlumatına görə, üç məktəbli qız dərsdən evə qayıdan zaman onlara “Toyota” markalı avtomobil yaxınlaşıb və maşından düşən iki şəxs məktəblilərdən birini – Azərbaycan vətəndaşını zorla maşına mindirərək naməlum istiqamətdə aparıblar. İstintaq orqanları bir neçə versiya üzərində işləyir. Hadisənin qız qaçırma adəti ilə bağlı olduğu istisna edilmir. Faktla bağlı adam oğurluğu maddəsi üzrə cinayət işi başlanıb, bu maddəyə görə ittiham olunan şəxsləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.




Bu yazı ( 107 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar