12px14px16px18px

Medvedyev Ermənistandakı hərbi bazanın komandirini dəyişdi

11:04 / 29.02.2012
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasına yeni komandir təyin olunub. APA-nın bildirdiyinə görə, bu barədə Rusiya KİV-ləri Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Rusiya prezidentinin fərmanı ilə polkovnik Oleq Smiryonov hərbi bazanın komandiri təyin edilib. Artıq yeni komandir öz vəzifəsinin icrasına başlayıb.
Yeni təyinata qədər polkovnik O. Smiryonov Rusiya Müdafiə Nazirliyinin birinci Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edib.




Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar