12px14px16px18px

"İlin gənc alimi" müsabiqəsinin keçirilmə qaydaları müəyyənləşdirilir

12:00 / 02.05.2012
Azərbaycanda "İlin gənc alimi" müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin bu ilin sonunda keçirilməsi nəzərdə tutulur. Müsabiqə Gənclər və İdman Nazirliyi, Təhsil İşçilərinin Azad Həmkarlar Komitəsi ilə birgə təşkil ediləcək. Hazırda müsabiqənin keçirilmə qaydaları müzakirə edilir. Müsabiqədə iştirak etmək istəyənlər üçün yaş məhdudiyyəti qoyulacaq. Hələlik Təhsil Nazirliyi müsabiqədə 33 yaşadək alimlərin iştirakını təklif edir: "Amma bu, hələ müzakirə olunur. Bu yaş 33 də, 35 də ola bilər. Belə müsabiqələr digər ölkələrdə də keçirilir. Amma digər ölkələrdə müsabiqədə 35 yaşadək gənc alimlər iştirak edə bilirlər. Biz isə 33 yaş məhdudiyyətini ona görə qoyuruq ki, gənclər qalan 2 il ərzində digər ölkələrdəki müsabiqələrdə iştirak edə bilsinlər". Nazirliyin məlumatında bildirilib ki, inkluziv təhsilin tətbiqinin genişləndirilməsi ilə əlaqədar orta məktəb binalarının infrastrukturunun dəyişdirilməsi nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud olan uşaqların müəssisələrə maneəsiz daxil olması üçün təhsil ocaqlarının infrastruktruna yenidən baxılması 2012-2019-cu illər üzrə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı layihəsində qarşıya qoyulan məsələlərdən biridir. İnfrastrukturun dəyişdirilməsi ilkin olaraq, pilot seçilmiş məktəblərdə həyata keçiriləcək. Artıq bunun üçün Təhsil Nazirliyinin əsas tərəfdaşı olan YUNİSEF-lə birgə 100 məktəb müəyyən olunub. Pilot seçilmiş məktəblər ölkənin müxtəlif ərazilərini əhatə edir.
S.QARAYEVA



Bu yazı ( 59 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar