12px14px16px18px

BDU-da iki fakültəyə yeni dekanlar seçilib

00:49 / 26.04.2012
Bakı Dövlət Universitetinin (BDU) iki fakültəsinə yeni dekanlar seçilib. BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın verdiyi xəbərə görə, nəticələrə əsasən jurnalistika, Tətbiqi-riyaziyyat və kibernetika fakültələrində dekan seçkilərinin nəticələri bəlli olub. Onun sözlərinə görə, jurnalistika fakültəsinin dekan vəzifəsinə Mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyev, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinə isə AMEA-nın müxbir üzvü Məhəmməd Mehdiyev seçilib: “Əvvəlcə sənədlər akademik Vasim Məmmədəliyevin sədrliyi ilə 15 nəfərdən ibarət komissiyaya təqdim olunub. Kafedralardan daxil olan səslərə əsasən, komissiya üzvləri adıçəkilən şəxslərin dekan vəzifəsini tutmasını yekdilliklə təsdiqləyiblər”. P.İbrahimovanın dediyinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Məhəmməd Mehdiyev artıq ikinci dəfədir ki, 10 kafedranın səs çoxluğu ilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı postunu tutur. Professor, filologiya elmləri doktoru Şamil Vəliyev isə ilk dəfə dekan vəzifəsin təyin olunur.
S.QARAYEVA



Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar