12px14px16px18px

Turizm İnstitutunda beynəlxalq sertifikatlı bələdçilər hazırlanacaq

00:49 / 26.04.2012
Azərbaycan Turizm İnstitutunda beynəlxalq sertifikatlı bələdçilərin hazırlanmasına başlanılıb. İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, ingilis dilli bələdçilərin daha da təkmilləşməsi üçün Mədəniyyət və Turizm Nazirliyi, Turizm İnstitutu və Almaniyanın GİZ təşkilatının dəstəyilə 3 mərhələdə keçirilməsi planlaşdırılan təlimlərə start verilib. Belə ki, təlimlərin ilkin mərhələsinə Turizm İnstitutunda artıq başlanılıb. Bir həftə davam edəcək təlimləri Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasının beynəlxalq sertifikatlı bələdçisi xanım İvana Curuvija aparır. 12 iştirakçı əsasən bələdçi fəaliyyəti ilə bağlı dünya standartları, həmçinin yeniliklərlə tanış olacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar Turizm Bələdçilər Assosiasiyası Dünya Federasiyasının beynəlxalq sertifikatlı üzvlüyünə qəbul ediləcəklər: “Bələdçilərin hamısı eyni biliyə və təcrübəyə malik deyil. Biz bu məsələni bilirik. Ona görə də bu məsələni çox ciddiləşdirmişik. Ölkədə bələdçi işləyənlərin sayı çox ola bilər, lakin sertifikat alaraq rəsmi qaydada bu işlə məşğul olan bələdçilərin sayı azdır”.
İnstitutun məlumatında bildirilib ki, sözügedən təlimlərin ikinci mərhələsi aprelin 26-28-də Bakı Turizm İnformasiya Mərkəzində keçiriləcək.
S.QARAYEVA



Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar