12px14px16px18px

“İrəli”dəki yeniləşmə bir çox təşkilatlara nümunə olacaq”

11:36 / 25.04.2012 “İrəli” demokratiyanın ən yaxşı göstəricisidir”. Bu fikri “525”ə açıqlamasında Birliyin sədri, millət vəkili Ceyhun Osmanlı deyib. Onun sözlərinə görə, hər bir təşkilatda olduğu kimi “İrəli” İctimai Birliyində daim yeniləşmə olmalıdır:
“Artıq təşkilatın qurultay tarixi yaxınlaşır. “İrəli”nin nizamnaməsinə uyğun olaraq sədr, struktur dəyişməli və yeni kadrlarla əvəz olunmalıdır. Mən bu il sədrliyə namizədliyimi verə bilərdim, amma istəyirəm ki, təşkilatda yüksək potensiala malik gənclərə də imkan yaransın”.
O qeyd edib ki, “İrəli”nin qurultay elanından sonra bir neçə təşkilat da strukturunda dəyişiklik edəcəyini bildirib: “Deyək ki, gənclər təşkilatının 40 yaşlı sədri strukturun gəncləşməsini istəmir. Yəni öz vəzifəsini gənclərə təhvil verməyin tərəfdarı deyil. Demokratiyadan danışan bir çox insanlar var ki, bunu öz işlərində tətbiq etmirlər. Həmin şəxslər başqalarını vəzifəni təhvil etməməkdə günahlandırdıqları halda, özləri yaşları keçdiyi üçün belə vəzifələrindən getmək istəmirlər”. Millət vəkili qeyd edib ki, əslində təşkilatın nizamnaməsinə uyğun olaraq qurultay keçirilməli və təşkilat gəncləşməlidir: “İnanıram ki, “İrəli”nin bu yeniləşmə fəaliyyəti bir çox təşkilatlara nümunə olacaq”.
Qeyd edək ki, 5 may tarixində “İrəli”nin II Hesabat-Seçki konfransı keçiriləcək. Daxil olan müraciətlər konfransın təşkilat komitəsi tərəfindən nəzərdən keçirilib və ictimai birliyin sədrliyinə Rauf Mərdiyev və Nərmin Məmmədovanın namizədliyi qeydə alınıb.
S.QARAYEVA




Bu yazı ( 54 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar