12px14px16px18px

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Avropa Tələbələr Birliyinə tamhüquqlu üzv olub

01:15 / 24.04.2012
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) beynəlxalq ATB-nin tamhüquqlu üzvü seçilib. İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Tələbələr Birliyinin (ATB) növbəti görüşündə Azərbaycandan “ATGTİ”-nin və Serbiyadan “Skonus” təşkilatının ATB-yə üzvlük məsələsi müzakirə edilib. Müzakirələrdən sonra keçirilən səsvermədə böyük səs çoxluğu qazanan ATGTİ Avropa Tələbə Birliyinin tam hüquqlu üzvü seçilib. Ölkəni və təşkilatı Rumıniyada təmsil edən ATGTİ nümayəndələri, Dövlət İdarəçilik Akademiyasından Toğrul Niyazlı və Azərbaycan Dövlər İqtisad Universitetindən Turan Eldarova, ATB nümayəndələri ilə bir sıra görüşlər keçiriblər. Ümumi iclasda isə ATGTİ-nin geniş təqdimatı baş tutub. Məlumatda bildirilib ki, 1982-ci ildə yaradılan ATB hal-hazırda özündə 39 ölkədən 47 üzv tələbə birliyini birləşdirir. Mərkəzi ofisi Brüselldə yerləşən təşkilatın tərəfdaşları Avropa Şurası, Avropa Komissiyası, UNİCEF, ATƏT və başqa nüfuzlu qurumlardır. Avropa Tələbələr Birliyi ümumilikdə 11 milyondan artıq tələbənin təmsil olunduğu platformadır. 2009-cu ilin noyabrın 20-dən fəaliyyətə başlayan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı isə hal-hazırda ölkənin ən böyük tələbə təşkilatıdır. Tələbələrin hər tərəfli inkişafına, maariflənməsi və beynəlxalq aləmdə təmsil olunmalarına dəstək verən ATGTİ, bu gün ölkə gəncləri üçün geniş fəaliyyət platformasıdır.
S.QARAYEVA





Bu yazı ( 129 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar