12px14px16px18px

Türkiyənin Eskişehir vilayətinin nümayəndələri BDU-nun qonağı olublar

01:00 / 24.04.2012
Dünən Türkiyənin Eskişehir valisi Qədir Qoçdəmirin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitetin tarixi, xarici əlaqələri və Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb, bu səfərə böyük əhəmiyyət verdiyini deyib. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının daimi və əbədi olmasından danışan söz açan rektor bu səfəri əməkdaşlığın gələcək perspektivləri baxımından uğurlu hesab edib. Rektor rəhbərlik etdiyi universitetin yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən və əsasən də Türkiyə universitetləri ilə münasibətlərdən bəhs edib. A.Məhərrəmov Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığına xüsusi əhəmiyyət verməsini, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin mümkünlüyünü xüsusilə qeyd edib.
Vali Qədir Koçdəmir, öz növbəsində, Eskişehirin 2013-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçildiyini və bununla bağlı olaraq Azərbaycanın da iştirak edəcəyi tədbirlərin planlaşdırıldığını qeyd edib. Qonaq Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdən, habelə Azərbaycanda təhsil alan türkiyəli tələbələrdən danışıb.
Qeyd edək ki, 2011-ci ilin avqust ayında Eskişehir valisi vəzifəsinə təyin olunan Qədir Qoçdemir “Azərbaycan-Türkiyə arasındakı qardaşlıq əlaqələrinin və Türk mədəniyyətinin inkişafına verdiyi töhfələrinə” görə 2004-ci ildə Azərbaycan Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən fəxri doktor adına layiq görülüb.
Azərbaycana etdiyi rəsmi səfər zamanı Qədir Qoçdemir Gəncəni də ziyarət edib. Səfər zamanı Gəncə və Eskişehirin qardaşlaşması haqqında protokol imzalanıb.
S.QARAYEVA



Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar