12px14px16px18px

Ali məktəblərə imtahansız qəbul ediləcək şəxslərdən sənəd qəbuluna başlanılıb

00:14 / 17.04.2012
Aprelin 16-dan etibarən 2012-2013-cü tədris üçün ali məktəblərə imtahansız qəbul ediləcək şəxslərin sənəd qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu kateqoriyadan olan abituriyentlər sənədlərini aprelin 16-dan mayın 18-dək TQDK-ya və ya komissiyanın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim etməlidirlər. Abituriyentlərdən ümumi qaydada müvafiq sənəd qəbulu komissiyasında təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti – diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol (protokolun əks olunduğu rəsmi internet saytı göstərilməklə) tələb olunur.
Komissiyanın məlumatında bildirilib ki, aprelin 16-dan ali məktəblərə sənəd verən abituriyentlərin elektron ərizələrinin təsdiqlənməsinə başlanılıb. Qaydalara uyğun olaraq abituriyentlər elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Ərizələrini qeyd olunan müddət ərzində SQK-da təsdiq etdirməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar.
Qeyd edək ki, 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu aprelin 10-dan başlayıb və mayın 16-dək davam edəcək.
S.QARAYEVA




Bu yazı ( 140 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar