12px14px16px18px

“İrəli” İctimai Birliyi “Tibbi Klub” yaradacaq

00:10 / 17.04.2012
Ölkədə səhiyyə sahəsinin inkişafına töhfə vermək məqsədilə “İrəli” İctimai Birliyi nəzdində “Tibbi Klub” yaradılacaq. Birliyin mətbuat xidmətindən verilən məlumata görə,
Klub daxilində tibbin müxtəlif sahələrini əhatə edən interaktiv mühazirələr, təlimlər, müxtəlif dəyirmi masalar, elmi diskussiyalar və konfransların keçirilməsi nəzərdə tutulub.
Keçiriləcək layihələrə tibbi təhsil proqramında kifayət qədər nüfuzlu, xaricdə təhsil almış həkimlər, tədqiqatçılar, yerli və xarici mütəxəssislər cəlb ediləcək. Klubun əsas məqsədi tibb sahəsinə marağı olan gəncləri bir araya gətirmək, sağlam həyat tərzini təbliğ etmək, bu sahənin özəlliklərini aşılamaq, gənclər arasında bu sahə ilə bağlı maarifləndirmə işi apararaq, onların fəaliyyətinə dəstək olmaqdır. Bununla da, tibb sahəsində mövcud olan müasir standartların, o cümlədən elmi biliklərin tələbələr, gənclər tərəfindən mənimsənilməsi, onları müasir elmi-tibbi araşdırmaların əsasları, istiqamətləri, həmçinin nəticələri ilə tanış etməkdir.
Birliyin məlumatında bildirilib ki, “İrəli” İctimai Birliyi tibb-səhiyyə sahəsində bir çox layihələr – “Elmi-tibbi tədqiqatların müasir əsasları və istiqamətləri”, “Tibb tələbələri arasında Bilik Olimpiadası” layihələri, “Ümumdünya vərəm günü”nə həsr olunmuş tədbir, “Tibb tələbələri və gənc həkimlər qeyri-formal təhsillə” mövzusunda təlim və sair layihə, görüş, təlimlər həyata keçirib.
S.QARAYEVA




Bu yazı ( 117 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar