12px14px16px18px

“Kadr hazırlığında məktəbdənkənar müəssisələrin mühüm rolu var”

00:14 / 14.04.2012 “Təcrübə onu göstərir ki, yüksək səviyyəli kadrların hazırlanmasında məktəbdənkənar müəssisələr mühüm rol oynayır. Məktəblilərin fundamental elmlərə marağının artırılmasında bu müəssisələrin böyük əhəmiyyəti var. Hazırda sözügedən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, daha çox sayda uşağın bura cəlb olunması istiqamətində işlər görülür”. Bunu təhsil nazirinin Qulu Novruzov müavini jurnalistlərə açıqlamasında deyib. Nazir müavini qeyd edib ki, hazırda respublika üzrə məktəbdən kənar müəssisələrdə 300 minə yaxın şagird məşğul olur: “Təhsilin rolu təkcə savadlı kadrlar hazırlamaq deyil, həm də gənclərin texniki elmlərə, mühəndisliyi marağını artırmaqdıq. Şagirdlər nəzəri bilikləri məktəbdə alırlarsa, praktiki bacarıqları məktəbdən kənar müəssisələrdə alırlar. Bu sahəni inkişaf etdirilməsi istiqamətində işlər görülür və ümid edirik ki, gənclərin texniki elmlərə marağının artırılması, gələcəkdə mükəmməl mühəndis, konstruktorlar və digər peşə sahiblərinin yetişməsində mühüm rol oynayacaq”.
S.QARAYEVA



Bu yazı ( 193 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar