12px14px16px18px

BDU Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyasının keçirdiyi müsabiqənin qalibi olub

00:13 / 14.04.2012

Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyasının (International Academy of Sciences and Higher Education (İASHE) keçirdiyi müsabiqədə Bakı Dövlət Universiteti birinci yerə layiq görülüb.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası (International Academy of Sciences and Higher Education (İASHE), London, Böyük Britaniya) postsovet dövlətlərində İASHE-nin rəsmi partnyoru olan Ümumukrayna Akademik Birliyi (Kiyev-Odessa) ilə birgə postsovet ölkələri arasında elmi analitika üzrə regional yarışmanın test proqramını reallaşdırıb. Bu yarışma İASHE-nin “Elmi analitika üzrə kontinental, milli və regional yarışmalar və dünya çempionatı” layihəsi çərçivəsində keçirilib. Layihədə əldə olunan nailiyyətlərin yekununa əsasən, BDU-i bu reytinqlər üzrə aparıcı yerləri tutub. Beləliklə, Azərbaycan ali təhsil müəssisələrinin flaqmanı “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 1-ci, “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 2-ci, “Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 3-cü və nəhayət “Gənc alim və tələbə gənclərin elmi tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 21-ci yeri tutub. Məlumatda bildirilib ki, İASHE-nin Ekspertlər Şurası BDU-nu beynəlxalq qızıl nişanəsi olan “Sokrat Medalı” ilə təltif edib.
S.QARAYEVA



Bu yazı ( 184 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar