12px14px16px18px

“Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda praktiki təlim keçirilib

00:55 / 13.04.2012
Dünən Azərbaycan Tibb Universitetində (ATU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda praktiki təlim keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətindən verilən məlumata görə, praktiki təlimdən öncə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?” və digər mövzular ətrafında tələbələrə FHN-nin mütəxəssisləri tərəfindən məlumat verilib. Təlim zamanı isə şərti olaraq yanğının söndürülməsi, köməksiz vəziyyətdə qalmış vətəndaşların xilas edilməsi və tibbi yardım göstərilməsi, xüsusi təlim keçmiş itlər vasitəsilə partlayıcı maddələrin aşkarlanması və zərərsizləşdirilməsi üzrə nümayiş etdirilib.
Bundan başqa, tələbələr üçün fövqəladə hallar zamanı istifadə edilən texnika və avadanlıqların təqdimatı, onların istifadə qaydaları və hansı halda hansı məqsədlə istifadə edilməsi ilə bağlı geniş məlumat verilib.
Məlumatda bildirilib ki, təlimdə FHN-nin Bakı Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb Xidmətlərinin, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, həmçinin Tibb Universitetinin tələbə və müəllim heyəti iştirak edib.
S.QARAYEVA



Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar