12px14px16px18px

Səməd Seyidov Polşa səfirilə görüşüb

00:19 / 12.04.2012
Dünən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovun Polşanın Azərbaycandakı səfiri Mikal Labenda ilə görüşü olub. Görüşdə ADU-nun Polşa universitetləri ilə əlaqələri, universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində polyak dilinin tədrisinin genişlənməsi ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Mikal Labenda ölkələr arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində ADU ilə əməkdaşlığın geniş potensialının olduğunu bildirib. Diplomat Polşa universitetləri və ADU arasında gələcək əməkdaşlıq perspektivlərinin genişlənməsindən əmin olduğunu deyib. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında bir çox istiqamətlər üzrə müxtəlif ixtisasların mövcud olduğunu xatırladıb. Gələn il ADU-da Konfutsi institutunun yaradılacağını səfirin nəzərinə çatdıran rektor bu il fəaliyyətə başlayan Yaponiya mərkəzi barədə də məlumat verib. Səməd Seyidov ADU-nun Rergionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tələbələrin polyak dilinə böyük maraq göstərdiklərini və onların yüksək bilik və bacarıq nümayiş etdirdiklərini vurğulayıb. S.Seyidov hazırda fakültədə ikinci dil kimi polyak dilinin tədrisinin uğurla aparıldığını deyib. universitetin rektoru Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində dilin tədrisindən başqa, Polşanın siyasi sistemi, tarixi və mədəniyyətinin də tədrisinin vacibliyini önə çəkərək tələbələrin dil vərdişləri ilə yanaşı, ölkəni də yaxından öyrənmələrinin zəruri olduğunu vurğulayıb.
Səfir Mikal Labenda polyak dilinin universitetdə tədrisinin daha da yüksəlməsində maraqlı olduqlarını deyib. O, Polşa səfirliyi ilə ADU-nun əməkdaşlığından məmnunluğunu dilə gətirib. Səfir gələcəkdə bu yöndə ADU ilə birgə konfrans və seminarların təşkilini də arzuladığını istisna etməyib.
S.QARAYEVA



Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar