12px14px16px18px

Tarixçi Eldar İsmayılovun Stepan Şaumyan haqqında kitabı təqdim edilib

00:18 / 12.04.2012
Dünən Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsində tarix elmləri doktoru, professor Eldar İsmayılovun “Stepan Şaumyan – obreçennıy na zabvenie –portret “leqendarnoqo kommunara” bez retuşi” (“Stepan Şaumyan – Unudulmağa məhkum edilmiş – “əfsanəvi kommunarın” retuşsuz portreti” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, S. Şaumyanla bağlı kitabın nəşri çox aktualdır: “Daşnaksütun” partiyası 1890-cı ildə Tiflisdə yaradılıb və “dənizdən-dənizə” dövlət yaratmaq ideyasını qarşıya qoyub. Bu ideyanın ən fəal, azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən icraçılarından biri Şaumyan olub. Sovet dövründə onu həmişə böyük bolşevik, kommunist kimi qələmə veriblər, amma o antiazərbaycan siyasətin ən böyük qəhrəmanı olub. 105-ci il qırğınlarından tutmuş Xocalı faciəsinə qədər Daşnaksütun partiyasının fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlib. Bu, bizim tariximizdə heç vaxt doğru, düzgün əks olunmayıb”. E.İsmayılov isə qeyd edib ki, düşmənə qarşı daha yaxşı mübarizə aparmaq üçün onu yaxından tanımaq lazımdır. Kitab da məhz S.Şaumyanın kimliyini açmaq, azərbaycanlılara qarşı fəaliyyətini geniş araşdırmaq üçün yazılıb.
S.QARAYEVA



Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar