12px14px16px18px

Turizm İnstitutunda amerikalı qonaqla görüş olub

00:17 / 12.04.2012
Dünən Amerika Otel Təhsili üzrə İnstitutun (AHLEİ) nümayəndəsi, Biznes Təhsili və Treninq üzrə Beynəlxalq Mərkəzin (İCBET) icraçı direktoru George Ubbelohde və Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi Aytən Əliyeva Azərbaycan Turizm İnstitutunda olub. .
Azərbaycan Turizm İnstitutunun (ATU) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə sözügedən ali təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Eldar Aslanov və dekan Nəsrulla Nəsirli institutun fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat veriblər.
G.Ubbelohde AHLEİ–nin yaranma tarixi, fəaliyyəti və strateji məqsədlərindən söz açıb. Qonaq təmsil etdiyi qurumun Azərbaycan Turizm İnstitutu ilə əməkdaşlığa önəm verdiyini vurğulamış, bu ali təhsil ocağında çalışan müəllimlər üçün keçiriləcək dördgünlük kursların faydalılığına inandığını bildirib. G.Ubbelohdenin sözlərinə görə, Azərbaycan Turizm İnstitutunun müəllimləri pedaqoji sahədə təhsil təlimlərini başa vurduqdan sonra öyrəndiklərini turizm sənayesində tətbiqinə dair imtahan verməklə bərabər, videoçəkilişlər hazırlamalıdırlar.
Qeyd edək ki, kursu uğurla bitirənlərə dörd il etibarlılığını saxlayan turizm təhsili təlimçisi sertifikatı veriləcək.
Görüşün sonunda dünyanın otel sənayesinin nüfuz dairəsində mühüm yer tutan AHLEİ-dən bəhs edən film nümayiş olunub.
S.QARAYEVA






Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar