12px14px16px18px

Turizm İnstitutunun rektoru Almaniya və İsraildə təcrübə keçəcək tələbələrlə görüşüb

04:16 / 10.04.2012
Dünən Azərbaycan Turizm İnstitutunun rektoru professor Cəfər Cəfərov Almaniya və İsraildə 5 aylıq istehsalat təcrübəsində olacaq tələbələrlə görüşüb. “İsrOtel” mehmanxanalar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində gerçəkləşən proqramın dördüncü fəaliyyət ilində 19 tələbənin bu ölkədə, 3 tələbənin isə Almaniyada beynəlxalq mehmanxana biznesi üzrə keçəcəkləri təcrübənin faydalı olacağına və gələcək iş karyeralarına müsbət təsir göstərəcəyinə əminliyini bildirib: “Azərbaycanın qeyri-neft sektorunun inkişaf strategiyasında məhz turizm sənayesi tutumlu islahat və layihələrin gerçəkləşdirilməsi başlıca vəzifə kimi qarşıya qoyulub. Dünya iqtisadiyyatında turizm sənayesindən əldə edilən gəlirlərin xüsusi çəkisinin getdikcə artması, bir sıra ölkələrin bu sahəni şərtləndirən ilk onluqda yer almasına çalışması turizmi bir ölkənin daxili inkişaf sferasından çıxararaq əlaqələrin qurulması və möhkəmləndirilməsi istiqamətində əməkdaşlığa sövq edib. Yüksək turizm sənayesi mədəniyyətinə sahiblənmək istəyi təkcə təhsilin modern inkişafını nəzərdə tutmur, eyni zamanda təhsil ilə təcrübənin, o cümlədən elmi araşdırmaların qarşılıqlı inkişaf modelini zərurətə çevirir”.
S.QARAYEVA





Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar