12px14px16px18px

Bu il üçün tələbə qəbulu planının layihəsi Nazirlər Kabinetinə təqdim olunub

13:42 / 07.04.2012
Təhsil Nazirliyi 2012-2013-cü tədris ili üçün ali (bakalavriat səviyyəsi üzrə) və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevin dediyinə görə, yaxın günlərdə plan layihəsinin Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiyada müzakirəyə çıxarılacağı gözlənilir.
İ.Mustafayev bildirib ki, nazirlik növbəti tədris ili üzrə həm ali, həm də orta təhsili müəssisələri üçün qəbul planını artırıb. Hökumət tərəfindən bu artımın qəbul olunacağına ümid edən şöbə müdiri müvafiq nazirliklərin bu artımı dəstəklədiklərini söyləyib. O əlavə edib ki, qəbul planında əsas üstünlük humanitar deyil, texniki, texnoloji, turizm, iqtisadiyyat, informatika, hesablama texnikası sahələri üzrə plan yerlərinin artırılmasına üstünlük verilib. Şöbə müdiri qeyd edib ki, növbəti tədris ilinin qəbul planında dövlət sifarişli ixtisaslar üzrə qəbul planı hökumət tərəfindən təsdiqlənib. Dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin ilbəil artırıldığını deyən İ.Mustafayevin sözlərinə görə, bu il 211 plan yeri artırılıb. Ümumilikdə, 2012-2013-cü tədris ili üçün dövlət sifarişli ixtisaslar üzrə 10 906 plan yeri ayrılıb. İ.Mustafayev dövlət sifarişli ixtisaslara bütün özəl ali məktəblərin cəlb olunduğunu da söyləyib.
Qeyd edək ki, 2011-2012-ci tədris ili üzrə ali məktəblər üçün 31 419 plan yeri ayrılıb.
S.QARAYEVA



Bu yazı ( 176 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar