12px14px16px18px

İnklüziv təhsilə görə məktəb binalarının infrastrukturunda dəyişikliklər ola bilər

13:35 / 07.04.2012
Azərbaycanda inklüziv təhsilin (sağlamlıq imkanları məhdud uşaqların sağlam uşaqlarla birgə təhsil alması) tətbiqinin genişləndirilməsi ilə əlaqədar orta məktəb binalarının infrastrukturunun dəyişdirilməsi nəzərdə tutulur. Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın sözlərinə görə, sağlamlıq imkanları məhdud olan uşaqların müəssisələrə maneəsiz daxil olması üçün təhsil ocaqlarının infrastruktruna yenidən baxılması 2012-2019-cu illər üzrə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı layihəsində qarşıya qoyulan məsələlərdən biridir. Dövlət Proqramı təsdiqləndikdən sonra bu məsələlərin öz həllini tapacağına ümid edən Hacıyeva bildirib ki, infrastrukturun dəyişdirilməsi ilkin olaraq, pilot seçilmiş məktəblərdə həyata keçiriləcək. Artıq bunun üçün Təhsil Nazirliyinin əsas tərəfdaşı olan YUNİSEF-lə birgə 100 məktəb müəyyən olunub. Pilot seçilmiş məktəblər ölkənin müxtəlif ərazilərini əhatə edir. M.Hacıyeva vurğulayıb ki, hazırda ölkədə əlilliyi olan 60 minə yaxın uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 298-i isə inklüziv təhsilə cəlb edilib.
S.QARAYEVA




Bu yazı ( 156 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar