12px14px16px18px

“QHT Məktəbi”nin növbəti məzunlarının buraxılış mərasimi olub

12:19 / 06.04.2012
Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi” növbəti məzunlarının buraxılışı münasibətilə mərasim keçirib. Mərasimi giriş sözü ilə açan mərkəzin direktor müavini Rasim Ağayev “QHT Məktəbi”nin Azərbaycanın QHT sektorunda oynadığı rolu və professional QHT işçilərinin formalaşdırılmasındakı xidmətləri haqqında məlumat verib.
O bildirib ki, bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi QHT-lərə də təcrübəli kadrlar lazımdır: “Belə təşkilatlarda yaxşı menecment, maliyyə davamlılığının qorunması, ictimai əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, kargüzarlıq və s. istiqamətlər üzrə konkret şəxslərin olması nəinki QHT-nin öz inkişafına, ümumilikdə vətəndaş cəmiyyətinin ciddi imicinin formalaşmasına kömək edir. Bu baxımdan “QHT Məktəbi”nin davamlı olaraq inkişafı mərkəzin əsas strateji məqsədlərindən biridir”. O bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən məktəbin məzunlarının sayı 800-ə çatıb.
Təlimlərdə iştirak edən şəxslər məktəbin verdiyi bilik və təcrübəni qiymətləndirərək, vətəndaş cəmiyyəti işinə ciddi töhfələr vermək niyyətində olduqlarını və bu işdə onlara QHT məktəbinin ən böyük yardımçı olduğunu bildiriblər.
Sonda təlimlərdən sonrakı bilik qiymətləndirilməsini başa vuran məzunlara sertifikatlar təqdim edilib.
S.QARAYEVA



Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar